Zəlzələnin episentri 7,1 kilometr dərinlikdə yerləşib
ABŞ-ın qərb sahillərində, Oreqon yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Seysmik hadisənin episentri təxminən 16.100 nəfər əhalisi olan Kus Körfəz şəhərindən 306 km qərbdə yerləşir. Geoloqların məlumatına görə, zəlzələnin episentri 7,1 km dərinlikdə yerləşib.
Yerli hakimiyyət orqanları sunami xəbərdarlığı verməyib.