ABŞ-ın kəşfiyyat təyyarəsi Kalininqrada yaxınlaşıb

Dünya

27.04.2026 - 15:14

ABŞ kəşfiyyat təyyarəsi patrul xidməti üçün Kalininqrad vilayətinə yaxınlaşıb.

Amerikanın “Bombardier ARTEMIS II” kəşfiyyat təyyarəsi Kalininqrad vilayətinin sərhədlərinə yaxınlaşıb. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, təyyarə Rumıniyadan yola düşüb və Qdanskın şimalında Baltik dənizi üzərində uçub. Kəşfiyyat təyyarəsinin marşrutu adətən Rusiya anklavını əhatə edərək Polşa və Litva hava məkanına daxil olur.

Təyyarə özəl “Leidos” şirkətinin işçiləri tərəfindən idarə olunur və hərbçilər onunla saatlıq müqavilə bağlayırlar. Təyyarə Rumıniyada yerləşir və Qara dəniz üzərindən məlumat toplamaq üçün müntəzəm olaraq oradan da uçuşlar həyata keçirir. Kəşfiyyat təyyarəsinin təyinat yeri açıqlanmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş