“Global Hawk” pilotsuz təyyarə Krım sahillərində uçuşlar həyata keçirib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyatçı pilotsuz uçuş aparatı (PUA) Krım sahillərində görünüb. AYNA xəbər verir ki, bu barədə “Flightradar24” xidmətinin məlumatlarında qeyd edilib.
Bildirilib ki, “Global Hawk” Qara dənizin neytral suları üzərində 16,7 kilometr yüksəklikdə dövrə vurub.
“İyunun 5-də səhər saatlarında quyruq nömrəsi 10-2045 olan və FORTE12 çağırış nişanlı PUA yarımadanın cənub-şərqinə uçub”, - deyə məlumatda vurğulanıb.