Hücumun məsuliyyətini “İraq İslam Müqaviməti” təşkilatı üzərinə götürüb
ABŞ-ın İraqın şimalında yerləşən “Əl-Harir” hərbi bazasına PUA ilə zərbə endirilib. AYNA xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.
ABŞ-ın və beynəlxalq qüvvələrin yerləşdiyi bazaya dəyən zərər və itkilər barədə məlumat yoxdur.
Hücumun məsuliyyətini üzərinə götürən “İraq İslam Müqaviməti” təşkilatının nümayəndəsi bunun Qəzzada baş verənlərə cavab olaraq həyata keçirildiyini söyləyib.