ABŞ-ın hərbi helikopteri Avstraliya sahillərində qəzaya uğrayıb

Dünya

27.08.2023 - 16:41

cedabet dərman SEO Xidməti

Helikopterin göyərtəsində 20 dəniz piyadası olub

ABŞ-ın 20 dəniz piyadasının olduğu hərbi helikopter Avstraliya sahillərində təlim zamanı qəzaya uğrayıb.

AYNA xarici mediaya istinadən bildirir ki, göyərtəsində ABŞ piyadalarının olduğu “V-22 Osprey” hərbi helikopteri Avstraliyanın Melvil adasının sahillərində qəzaya uğrayıb.

Helikopterin göyərtəsində 20 ABŞ dəniz piyadası olub. Hadisə Avstraliya, ABŞ, İndoneziya, Filippin və Şərqi Timordan olan 2,5 min insanın iştirak etdiyi “Predators Run” təlimi zamanı baş verib.

Zərərçəkənlər barədə məlumat yoxdur. Axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Telekanalın məlumatına görə, təlimlər dayandırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş