Blinken: “ABŞ Gürcüstanla münasibətlərə yenidən baxmağa başlayır”
“ABŞ Tiflisdə qəbul edilən “Xarici agent” haqqında qanuna görə Gürcüstanla ikitərəfli münasibətlərə yenidən baxmağa başlayır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.
Dövlət katibi qeyd edib ki, iki ölkə arasında münasibətlərə baxılarkən və ABŞ qərar qəbul edərkən Gürcüstanın hərəkətlərini nəzərə alacaq.
Blinken ABŞ-ın Gürcüstana qarşı viza məhdudiyyəti siyasəti tətbiq edəcəyini də bildirib. Onun sözlərinə görə, bu məhdudiyyət “Gürcüstanda demokratiyanı pozan və ya bu prosesdə iştirak edən şəxslərə, habelə onların ailə üzvlərinə şamil ediləcək”.