ABŞ Gürcüstan rəsmilərinə viza məhdudiyyətləri tətbiq edib

Dünya

13.12.2024 - 15:07

Həkimlər Klinikalar SEO Xidməti

Demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan şəxslərə viza verilməsini qadağan edən əlavə tədbirlər elan olunub

ABŞ Dövlət Departamenti bəzi Gürcüstan vətəndaşlarına ABŞ vizalarının verilməsinə qadağa qoyub. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Dövlət Departamentinin bəyanatında deyilir: “Dövlət Departamenti bu gün özünün viza məhdudiyyəti siyasəti çərçivəsində Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə viza verilməsini qadağan edən əlavə tədbirləri elan edib”.

Bu məhdudiyyətlər 20 nəfərə, o cümlədən nazirlərə, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşlarına və fərdi şəxslərə şamil edilib.

Dövlət Departamentinin məlumatında qeyd edilib ki, “Birləşmiş Ştatlar etirazçılara, media nümayəndələrinə, hüquq müdafiəçilərinə və müxalifətçilərə qarşı zorakılığı pisləyir”.

Müəllif: Ayna.az