Amerikanın Avropadakı keçmiş komandanı proqnozunu açıqlayıb
“Ukrayna Silahlı Qüvvələri bu qış Krıma yaxınlaşa bilər”. AYNA xəbər verir ki, bu proqnozla ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodces öz “Twitter” səhifəsində çıxış edib.
General Ukrayna hərbçilərinin qışda hərbi əməliyyatları və mümkün hücumu dayandırmayacağı fikrindədir. Onun sözlərinə görə, Amerikanın çoxşaxəli raket sistemləri (MLRS) HIMARS Xersonda yerləşdirilə bilər.
“Krıma yaxınlaşma artıq əlçatandır. Ukrayna Silahlı Qüvvələri yarımadada müharibənin həlledici mərhələsinə başlaya bilər”, - deyə general söyləyib.