ABŞ dövlət katibinin köməkçisi Bakıya gələcək

Dünya

05.06.2021 - 04:13

Həkimlər Klinikalar SEO Xidməti

Səfərin 6-13 iyun aralığında baş tutacağı bildirilib

 

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.

 

AYNA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

 

ABŞ rəsmisinin bölgəyə səfərinin 6-13 iyun aralığında baş tutacağı bildirilib.

 

Səfərin başlıca məqsədi “ikitərəfli və regional prioritetlərin müzakirəsi”, eləcə də “bölgədə demokratik və iqtisadi inkişafın dəstəklənməsi” olacaq.

 

Səfər zamanı F.Rikerin dövlət və hökumət başçıları, vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə görüşü, həmçinin Qarabağ məsələsilə bağlı müzakirələr aparması planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş