ABŞ dövlət katibindən Polşada baş verən PUA insidentinə REAKSİYA

Dünya

16.09.2025 - 13:08

Marko Rubio: “Polşada baş verən hadisə münaqişənin niyə bitməli olduğunu göstərən bir nümunədir”

“Polşadakı pilotsuz təyyarə insidenti Ukraynadakı münaqişənin niyə bitməli olduğuna bir nümunədir”. AYNA.AZ “Fox News”a istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.

"Bu, Prezident Donald Trampın niyə bu müharibənin sona çatmalı olduğuna inanmasının bir nümunəsidir. Müharibələr genişlənməyə meyllidir. Onlar yaxşılaşmır, daha da pisləşirlər", Rubio qeyd edib.

Rubio bildirib ki, münaqişədə olan hər iki tərəf cəbhədən uzaq hədəflərə pilotsuz təyyarələrlə zərbələr endirir, lakin bu hücumlar təmas xəttindəki vəziyyətə praktiki olaraq heç bir təsir göstərmir.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə PUA-lar Polşa sərhədini keçib. Polşanın Baş naziri Donald Tuskun sözlərinə görə, ümumilikdə 19 pilotsuz təyyarə aşkar edilib ki, onların da əhəmiyyətli hissəsi Belarusdan gəlib.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya ordusu Polşadakı hədəfləri vurmağı planlaşdırmır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş