ABŞ Demokratlar Partiyasının qurultayı keçirilir

Dünya

19.08.2024 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

Qurultayı avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək

Bu gün ABŞ-ın Çikaqo şəhərində ABŞ Demokratlar Partiyasının Milli Qurultayı öz işinə başlayır. AYNA xarici mediaya istinadən bildirir ki, qurultay avqustun 22-dək davam edəcək.

Tədbirdə ABŞ prezidentliyinə namizəd, vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Uols da daxil olmaqla, partiyanın bir çox aparıcı simalarının çıxışları olacaq.

Konqresdə həmçinin ABŞ-ın keçmiş Prezidenti Bill Klinton, onun həyat yoldaşı, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, eləcə də Amerikanın keçmiş lideri Barak Obama çıxış edəcəklər.

Bundan əvvəl ABŞ sakinləri arasında qarşıdan gələn seçkilərlə bağlı sorğu göstərib ki, amerikalı seçicilərin 50 faizi Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi dəstəkləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş