Zərərçəkənlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib
ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Karib dənizi mədəniyyətinə həsr olunmuş parad zamanı atışma olub, hadisə nəticəsində azı 7 nəfər yaralanıb.
AYNA xəbər verir ki, bu barədə CNN yerli polisə istinadən məlumat yayıb.
Zərərçəkənlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Polis bir neçə nəfəri saxlayıb və onlardan odlu silahlar müsadirə edilib.