ABŞ-dakı iğtişaşlar zamanı 50-dən çox polis xəsarət alıb

Dünya

07.01.2021 - 23:52

İğtişaşlar zamanı saxlanılan şəxslərin ətrafında araşdırmalar gedir

 

ABŞ-da Kapitoli binası ətrafında baş vermiş iğtişaşlar zamanı 50-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Onlardan bir neçəsi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu Kapitoli polisinin rəhbəri Stiven Sand öz açıqlamada bildirib.

 

“Kapitoli və paytaxt polisinin 50-dən çox əməkdaşı xəsarət alıb. Bir neçə Kapitoli polisi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib”, - Sandın açıqlamasında belə deyilir.

 

İğtişaşlar zamanı saxlanılan şəxslərin ətrafında araşdırmalar gedir. Polis müşahidə kameraları əsasında iğtişaşların digər iştirakçılarını da müəyyən etməyə çalışır.

 

Konqresdəki iğtişaşlar zamanı qadını güllələyərək öldürən polis əməkdaşı istintaq müddətində işindən kənarlaşdırılıb.

Müəllif: Ayna.az