Mark Episkopos Qərbin Rusiya ilə müharibədə Ukraynanın qələbəsinə inamını itirdiyini iddia edib
“Qərb ölkələri Rusiya ilə münaqişədə Ukraynanın qələbəsinə inamını itirməyə başlayıb”. AYNA xəbər verir ki, bu fikri amerikalı analitik Mark Episkopos “The American Conservative” üçün yazdığı məqalədə qeyd edib.
Müəllif bildirib ki, müharibə müddətində Qərb mediası Rusiyanın silahlarının tükənə biləcəyi fikrini ortaya atıb və Kiyevin uğurunun yaxın olduğunu tirajlayıb.
“İndi isə Ukrayna böhranının nəticələri ilə bağlı fikirlər dəyişməyə başlayıb”, - deyə Episkopos hesab etdiyini yazıb.