ABŞ-da son sutkada 18 mindən çox koronavirusa yoluxma

Dünya

28.05.2020 - 15:06

24 saat ərzində 1505 nəfər koronavirusun qurbanı olub

 

Son sutkada ABŞ-da 18 mindən çox yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 1,5 mindən çox insan ölüb. AYNA xarici mediaya istinadən bildirir ki, Con Hopkins Universiteti federal və yerli hakimiyyət orqanlarının, habelə media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirib.

 

Universitetin məlumatına görə, son gündə ABŞ-da 18 min 263 yeni yoluxma hadisəsi qeydə alınıb. Bir gün əvvəl bu göstərici 18 min 611 olub. Bununla yanaşı, 24 saat ərzində 1505 nəfər koronavirusun qurbanı olub ki, bir gün əvvəl bu rəqəm 693 idi.

 

Qeyd olunub ki, ABŞ-da ümumilikdə 1,6 milyondan çox insan COVID-19-a yoluxub, 100 mindən çox ölüm hadisəsi qeydə alınıb. 391 mindən çox insanın sağaldığı deyilir.

Müəllif: Ayna.az