ABŞ-da sənədlərdə Türkiyənin adı yeni qaydada yazılacaq

Dünya

06.01.2023 - 23:33

Həkimlər Klinikalar SEO Xidməti

Lakin sözün tələffüz qaydası dəyişməyəcək

ABŞ Dövlət Departamenti sənədlərdə Türkiyənin adının yazılışını dəyişib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu bardə Departament rəsmiləri bildirib.

Belə ki, bundan sonra Türkiyə “Turkey” deyil, “Turkiye” kimi yazılacaq, lakin tələffüz dəyişməyəcək.

Qeyd edək ki, yanvarın sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Vaşinqtona səfəri nəzərdə tutulur.

Səfər çərçivəsində XİN rəhbəri Ankaranın Ukrayna böhranı, Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyini müzakirə edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş