ABŞ-da qatarla avtomobil toqquşub, ölənlər var

Dünya

30.10.2021 - 23:27

Həkimlər Klinikalar SEO Xidməti

Qatarda ölən və yaralananlar barədə məlumat verilmir

ABŞ-ın cənub-şərqindəki Cənubi Karolina ştatında dəmiryol keçidində avtomobil qatarla toqquşub.

AYNA bu barədə CNN telekanalına istinadən xəbər verir.

Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Qatarda ölən və yaralananlar barədə məlumat verilmir.

Telekanalın məlumatına görə, avtomobillə toqquşduqdan sonra təcili dayanan qatarda 500 sərnişin olub.

Qəzanın səbəbləri araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş