ABŞ-da koronavirusa yoluxanların sayı 20 milyonu ötüb

Dünya

02.01.2021 - 12:58

Dünyada koronavirusa yoluxmanın böyük hissəsi ABŞ-ın payına düşür

 

ABŞ-da koronavirusa yoluxanların sayı 20 milyon 43 min 565-ə yüksəlib. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetindən məlumat verilib.

 

Məlumata görə, ölkədə virusa yoluxanların sayı 20 milyonu, ölənlərin sayı isə 346 mini keçib. Bununla da dünyada koronavirusa 83 milyon yoluxmanın 20 milyonu ABŞ-ın payına düşüb.

 

Bundan əlavə, mutasiyaya uğramış koronavirusun yeni növünün də ABŞ-ın 3 ştatında aşkar edildiyi bildirilib. 

Müəllif: Ayna.az