ABŞ-da ikinci Floyd hadisəsi: Etirazlar başladı

Dünya

24.08.2020 - 06:10

Həkimlər Klinikalar SEO Xidməti

Daha bir afroamerikalı polis tərəfindən öldürülüb

 

ABŞ-da daha bir afroamerikalının polis tərəfindən öldürülməsi ölkənin əsas gündəmi olub. AYNA xəbər verir ki, ötən həftə baş verdiyi bildirilən hadisədə əlində bıçaq olan şəxsin polis tərəfindən öldürülməsinin görüntüləri yayımlanıb.

 

Luizana ştatının Lafayette şəhərində əlindəki bıçaqla bir mağazada insident yaradan şəxs ordan çıxarkən polis tərəfindən təqib olunub. Ardınca başqa mağazaya girmək istərkən polis ona atəş açıb və afroamerikalını öldürüb.

 

Hadisədən sonra ştatda yenidən kütləvi etirazlar başlayıb. Polis aksiya iştirakçılarına qarşı qaz bombasından istifadə edib.

 

Qeyd edək ki, bir müddət əvvəl digər bir afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ölkədə geniş miqyaslı aksiyalar başlamış, kütləvi iğtişaşlar nəticəsində xeyli sayda mülki şəxsə, obyektlərə, günahsız insanlara zərər dəymişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş