ABŞ-da güclü sel iki şəhəri sıradan çıxarıb

Dünya

20.05.2020 - 15:17

cedabet Klinikalar SEO Xidməti

Edenville və Sanford şəhərlərinin əhalisi təxliyə ediləcək

 

ABŞ-ın Miçiqan ştatının Edenville şəhərində yerləşən sədd güclü yağış səbəbindən çöküb. AYNA xəbər verir ki, səddin çökməsi nəticəsində yaranan axıntı qısa müddət ərzində selə çevrilib.

 

Sel nəticəsində 50-yə yaxın avtomobil yolu bağlanıb, Edenville və Sanford şəhərlərinin əhalisinin təxliyə ediləcəyi açıqlanıb.

 

Miçiqan ştatının qubernatoru Qretçen Vhitmer ştatda fəaliyyət göstərən bütün qurumların daşqınlarla mübarizəyə hazır olduğunu və şəhərlərdən təxliyə ediləcək vətəndaşların yerləşmə və qida ehtiyaclarının qarşılanacağını bildirib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş