ABŞ-da COVID-19-la bağlı yeni iddia: laboratoriyadan sızma olub?

Dünya

26.02.2023 - 20:41

cedabet dərman SEO Xidməti

ABŞ Energetika Nazirliyi Çin laboratoriyasından sızmanın koronavirus pandemiyasının səbəbi olduğunu düşünür

Koronavirusun və COVID-19 pandemiyasının yayılmasına səbəb Çindəki bir laboratoriyadan sızma olub. AYNA xəbər verir ki, ABŞ Energetika Nazirliyi araşdırma nəticəsində belə qənaətə gəlib.

Bu barədə məxfi kəşfiyyat hesabatının məzmunu ilə tanış olan mənbələrə istinadən “The Wall Street Journal” yazıb.

Əvvəllər yalnız Federal Təhqiqatlar Bürosu (FTB) virusun laboratoriya mənşəyi ilə bağlı versiyanı ehtimal hesab edirdisə, indi başqaları da bu iddiadadırlar. Yenilənmiş məlumatlarla müvafiq hesabat Ağ Ev və Konqresin əsas üzvləri tərəfindən qəbul edilib.

Bununla belə, əksər mərkəzlər hələ də heyvanlardakı mutasiya vasitəsilə koronavirusun təbii mənşəyindən danışırlar.

Nəşrin mənbələrinə görə, Energetika Nazirliyi yeni versiyada araşdırmalarla bağlı məlumatlara tam əmin deyil. Eyni zamanda, agentlik və FTB müxtəlif səbəblərdən oxşar nəticəyə gəliblər.

Energetika Nazirliyinin nümayəndəsi qiymətləndirmənin təfərrüatlarını müzakirə etməkdən imtina edərək, qurumun COVID-19-un mənşəyinin ehtiyatlı və obyektiv qiymətləndirilməsi üzərində işləməyə davam etdiyini qeyd edib. FTB şərh verməkdən imtina edib.

Qeyd edək ki, bu həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son dörd həftə ərzində dünya üzrə COVID-19-a yoluxmanın və ölümlərin müvafiq olaraq 89 faiz və 62 faiz azaldığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş