ABŞ-da atışma: ölən və yaralananlar var

Dünya

24.12.2019 - 06:38

Həkimlər Klinikalar SEO Xidməti

Cinayətkar polis əməkdaşı tərəfindən güllələnib

 

ABŞ-da atışma olub. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Arizona ştatının Finiks şəhərində qeydə alınıb.

 

Ticarət mərkəzinin yaxınlığında naməlum şəxs atəş açaraq iki nəfəri yaralayıb. Cinayətkar hadisə yerinə gələn polis əməkdaşı tərəfindən güllələnib.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar ətrafdakıları odlu silahla hədələyərək, avtomobil oğurlayıb. Silahlı şəxs yolda ona mane olmağa çalışan 1 nəfəri, həmçinin başqa nəqliyyat vasitəsinin sürücüsünü yaralayıb.

 

Asayiş keşikçilərindən gizlənməyə çalışan cinayətkar qaçırdığı nəqliyyat vasitəsini polis avtomobilinə çırpıb. O, asayiş keşikçilərinin açdığı atəş nəticəsində ölüb.

 

Silahlı şəxsin xəsarət yetirdiyi yaralılar xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş