ABŞ Cənubi Koreyanı qorumaq üçün nüvə silahından istifadə edə bilər

Dünya

31.01.2023 - 13:41

Pentaqon: “Vaşinqton Seulla birlikdə regiondakı vəziyyəti pozan bu təhlükəli hərəkətləri pisləyir”.

ABŞ Cənubi Koreyanı qorumaq üçün nüvə silahından istifadə edə bilər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Austin deyib.

“Koreya Respublikasının müdafiəsi ilə bağlı öhdəliyimiz sarsılmaz olaraq qalır. Birləşmiş Ştatlar adi və nüvə silahları, eləcə də raketdən müdafiə imkanları daxil olmaqla, ABŞ-ın bütün hərbi imkanlarından istifadəni nəzərdə tutan genişləndirilmiş çəkindirmə öhdəliyinə qətiyyətlə sadiqdir", ABŞ müdafiə naziri bildirib.

Austinin sözlərinə görə, Şimali Koreya 2022-ci ildə saysız-hesabsız təxribatlar törədib: “Vaşinqton Seulla birlikdə regiondakı vəziyyəti pozan bu təhlükəli hərəkətləri pisləyir”.

Müəllif: Ayna.az