ABŞ 19 ölkə vətəndaşlarına “yaşıl kart” qaydalarını nəzərdən keçirəcək

Dünya

28.11.2025 - 17:18

Onların əksəriyyətini müsəlman ölkələri təşkil edir

ABŞ 19 ölkədən sığınacaq axtaran şəxslərə “yaşıl kart”ların verilməsi qaydalarını nəzərdən keçirəcək. AYNA.AZ CNN-ə istinadən bildirir ki, bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətindən məlumat verilib.

Sözügedən ölkələr Əfqanıstan, Burundi, Venesuela, Haiti, İran, Yəmən, Kuba, Laos, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Sierra Leone, Toqo, Türkmənistan, Çad, Ekvatorial Qvineya və Eritreyadır.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, onun administrasiyası Vaşinqtonda Milli Qvardiya üzvlərinin güllələnməsindən sonra ölkəyə gələn sığınacaq axtaran şəxsləri deportasiya etməyi planlaşdırır. Ağ Ev rəhbəri hansı millətləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş