Abonentlərin 15,62 faizi qazın güzəştli limit həddini keçib

Xəbərlər

23.12.2020 - 16:39

1 milyon 955 min 757 abonent qazdan güzəştli limit daxilində istifadə edib

 

Bu ilin 11 ayının iqtisadi göstəricilərinə görə, dekabr ayının 1-nə olan məlumata əsasən, “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 317 min 683 əhali abonentinin cəmi 15,62 faizi illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib.

 

“Azəriqaz”dan AYNA-ya bildirilib ki, bu da say etibarı ilə 361 min 926 abonent deməkdir. Yerdə qalan 1 milyon 955 min 757 abonent (ümumi əhali abonentlərinin 84,38 faiz) qazdan güzəştli limit daxilində istifadə edib.

 

Bundan əlavə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,9 faiz olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub.

 

Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 faiz müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

Müəllif: Ayna.az