A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 173
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Abituriyentlərə müraciət olunub - Ayna.az

Abituriyentlərə müraciət olunub

Xəbərlər

09.07.2020 - 14:06

Mərkəzin “YouTube” kanalında ekspertlərin qəbul imtahanı fənləri üzrə mühazirələri yerləşdirilir

 

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib. DİM-dən AYNA-ya verilən məlumata görə, koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələri yerləşdirilir.

 

Hazırda portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, rus dili, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 122 videomühazirə yerləşdirilib.

 

DİM imtahanlara hazırlaşan abituriyentlərə öz biliklərini daha da dərinləşdirmək, öyrəndikləri mövzuları təkrarlamaq üçün bu ödənişsiz fürsətdən yararlanmağı tövsiyə edir.

 

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.

Müəllif: Ayna.az