Zurabişvili seçkilərin nəticələri ilə bağlı bəyanatla çıxış edəcək

Dünya

27.10.2024 - 19:45

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstan Prezidenti parlament seçkilərinin nəticələrini şərh edəcək

Gürcüstan Prezidenti Salome Zurabişvili yerli vaxtla saat 21:00-da təcili bəyanatla çıxış edəcək. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasından bildirilib.

Qeyd olunub ki, Zurabişvili ötən gün keçirilən parlament seçkilərinin nəticələrini şərh edəcək.

Qeyd edək ki, seçkilərdən əvvəl Zurabişvili müxalifəti açıq şəkildə dəstəkləyib. Seçkilərdən sonra onun dəstəklədiyi siyasi qüvvələr seçkilərin saxtalaşdırıldığını, Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələri tanımadıqlarını bəyan ediblər.

MSK-nın məlumatına görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 2012-ci ildən bəri dördüncü dəfə parlament seçkilərində böyük fərqlə, 54 faiz səslə qalib gəlib.

MSK-nın məlumatına görə, seçkilərdə 4 müxalifət birliyi 37,3% səs toplayaraq baryeri keçib. Bunlar “Dəyişiklik üçün Koalisiya”, “Gürcüstanı Xilas etmək üçün Birlik”, “Güclü Gürcüstan” və keçmiş Baş nazir Qaxariyanın “Gürcüstan Naminə” partiyalarıdır. Onların hamısı “Fəaliyyət Xartiyasının” iştirakçılarıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş