Həkimlərin bütün səylərinə baxmayaraq xəstə saat 14:40 radələrində vəfat edib
Avqustun 24-də Zığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsinndə xəsarət alan bir nəfər saat 12:20 radələrində TƏBİB-in tabeliyində olan xəstəxanaya yerləşdirilib. AYNA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, 1964-cü il təvəllüdlü vətəndaşa (şərti adı A.C) açıq kəllə-beyin travması, baş beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsi üzərində kəskin subdural hematoma, sağ təpə nahiyəsində əzilmiş cırılmış yarası diaqnozları qoyulub.
Həkimlərin bütün səylərinə baxmayaraq xəstə saat 14:40 radələrində vəfat edib.