Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Şirvan şəhərində yanğın. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.