Yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
AYNA xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, dünən müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi və məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulmuşdu.