Zərif: “İran şirkətləri Qarabağın yenidən qurulmasında iştiraka hazırdır”

Aktual

25.01.2021 - 16:29

Həkimlər Klinikalar SEO Xidməti

“Azərbaycan Prezidentinin “3+3” əməkdaşlıq formatı təklifinə uyğun olaraq, regionun 6 ölkəni ziyarət edəcəm”

 

“Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub”.

 

AYNA xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə səsləndirib.

 

Nazir deyib ki, energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr onlar üçün prioritet təşkil edir: “Şirkətlərimiz işə başlamağa hazırdır. Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik”.

 

İran XİN-in başçısı bildirib ki, Azərbaycan Prezidentinin “3+3” əməkdaşlıq formatı təklifinə uyğun olaraq, regionun 6 ölkəni ziyarət edəcək. Onun sözlərinə görə, belə əməkdaşlıq region ölkələrinin hamısının maraqlarına uyğundur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş