Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var

Hadisə

08.05.2024 - 00:27

Qəza zamanı avtomobilin sürücüsü Xəyal Paşayev ölüb

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var. AYNA ”Report”a istinadən xəbər verir ki, hadisə Zərdab-Kürdəmir yolunun Zərdabın Şəftəhal kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Benz" markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini, 33 yaşlı Paşayev Xəyal Zərdab istiqamətində hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Daha sonra avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb və aşıb.

Qəza zamanı avtomobilin sürücüsü Xəyal Paşayev ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji anatomiya Birliyinin Zərdab rayon şöbəsinə aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az