Siyahıda adı olan 119 nəfər arasında Simonyan, Qalustyan və Petrosyanın da adı var
Ukrayna Prezidenti Volodimir Zelenski “Russia Today”ın erməni əsilli baş redaktoru Marqarita Simonyan, aktyor Mixail Qalustyan və komediya ustası Yevgeni Petrosyan da daxil olmaqla 119 nəfərə qarşı sanksiya tətbiq edib. AYNA xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Qeyd olunur ki, sanksiya siyahısına daxil edilən şəxslərin əksəriyyəti Rusiyanın mədəniyyət xadimləridir.
Siyahıda Dmitri Bilan, İrina Alleqrova, Filipp Kirkorov, Vasili Vakulenko (reper Basta), Mixail Şufutinski, Larisa Dolina, rejissor Nikita Mixalkov və başqalarına da adı var.
Sanksiyalar həm şəxsi aktivlərin, həm də siyahıda olan şəxslərin üçüncü şəxslər vasitəsilə istifadə edə biləcəyi aktivlərin bloklanmasını nəzərdə tutur. Sanksiya on il davam edəcək.
Nəşr qeyd edir ki, Zelenski tanınmış ruslara qarşı son sanksiyalar paketini oktyabrın 20-də təqdim edib.