Zelenskidən Rusiyanın hücumlarına reaksiya

Dünya

29.12.2023 - 15:57

cedabet dərman SEO Xidməti

“Rusiya arsenalında olan demək olar ki, hər növ silahdan zərbə endirib”

“Bu gün Rusiya qoşunları Ukraynaya müxtəlif növlü 110-a yaxın raket atıb”. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu sözləri ölkə Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri bildirib ki, Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojye və digər şəhərlərə atəş açılıb: “Doğum evi, tədris müəssisələri, ticarət mərkəzi, çoxmərtəbəli binalar və fərdi evlər, kommersiya anbarı, parkinq atəşə tutulub. Bu gün Rusiya arsenalında olan demək olar ki, hər növ silahdan zərbə endirib”.

“Rusiyalılar tərəfindən 110-a yaxın raket buraxılıb. Onların əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Lakin atışma nəticəsində ölən və yaralananlar var. Bütün xidmətlər gücləndirilmiş rejimdə işləyir və lazımi yardım göstərir”, - deyə Prezident vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş