Zelenskidən raket hücumuna sərt reaksiya: “Cavab verəcəklər”

Dünya

09.10.2022 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna lideri Rusiyanın hərəkətlərini “mütləq alçaqlıq və mütləq şər” adlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojyeyə raket hücumuna reaksiya verib. AYNA UNİAN-a istinadən bildirir ki, Zelenski “Telegram” kanalında Rusiya ordusunun şəhərin mülki əhalisinə hücum etdiyi yerlərdən fotolar paylaşıb.

"Yenə Zaporojye. Yenidən mülki əhaliyə amansız zərbələr endirilir. Yaşayış binalarına, gecə yarısı. Artıq 12 nəfərin öldüyü məlumdur. Xəstəxanada 49 nəfər yaralanıb, onlardan 6-sı uşaqdır", - Zelenski yazıb.

Ukrayna lideri Rusiyanın hərəkətlərini “mütləq alçaqlıq və mütləq şər” adlandırıb: “Mütləq alçaqlıqdır. Mütləq şərdir. Qeyri-insani və terrorçu əməldir. Bu əmri verən də, icra edən hər kəs də cavab verəcəklər. Əlbəttə, qanun qarşısında və xalq qarşısında".

Qeyd edək ki, oktyabrın 9-na keçən gecə Zaporojyeyə hücum edilib. Nəticədə 12 şəxs həlak olub, 49 nəfər yaralı xəstəxanaya yerləşdirilib. Bu barədə Zaporojye vilayət hərbi administrasiyasının sədri Aleksandr Starux məlumat verib.

Rusiya ordusu rayon mərkəzinə raket hücumu üçün taktiki aviasiyadan istifadə edib. İlkin məlumata görə, təyyarələr Zaporojyeyə 12 raket zərbəsi endiriblər. Raketlərin əksəriyyəti Zaporojye rayonlarından birində çoxmərtəbəli yaşayış evlərinə və fərdi yaşayış evlərinə düşüb. 9 mərtəbəli bina qismən, 5 fərdi yaşayış evi tam dağılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş