Zelenski Yunanıstana səfər edib

Dünya

21.08.2023 - 22:54

cedabet dərman SEO Xidməti

Ukrayna dövlət başçısı Ukrayna-Balkan sammitində iştirak edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Yunanıstana səfər edib. AYNA xəbər verir ki, bu barədə Prezident Zelenski "Telegram" hesabında paylaşım edib.

Artıq Yunanıstana çatdığını bildirən videomüraciətində Zelenski bildirib ki, o, bu səfəri çərçivəsində Yunanıstan Prezidenti, Baş naziri ilə görüşlər keçirəcək.

Ukrayna dövlət başçısı qeyd edib ki, o, həmçinin Ukrayna-Balkan sammitində iştirak edəcək, Balkan liderləri ilə görüşəcək, Avropa və Avro-Atlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələlərini müzakirə edəcək, həmçinin ikitərəfli məsələlər üzrə ayrı-ayrı danışıqlar aparacaq.

Vladimir Zelenski Yunanıstanda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə də görüşəcəyini də əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş