Zelenski Vaşinqtona gedib

Dünya

18.08.2025 - 11:32

Ukrayna lideri Trampla atəşkəsi müzakirə edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtona gedib. Ukrayna lideri ABŞ səfəri zamanı ABŞ Prezidenti Donald Trampla atəşkəsi müzakirə edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” kanalında yazıb.

"Mən artıq Vaşinqtona gəlmişəm. Prezident Trampla görüşəcəyəm. Avropa liderləri ilə danışacağıq. Dəvətə görə ABŞ Prezidentinə minnətdaram. Biz hamımız eyni dərəcədə istəyirik ki, bu müharibəni tez və etibarlı şəkildə bitirək. Və sülh uzunmüddətli olmalıdır", - Ukrayna lideri vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş