Zelenski: “Tramp Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edir”

Dünya

29.12.2025 - 14:46

“Mən ona 30, 40 və ya 50 il müddətinə zəmanətlərin verilməsi ehtimalını nəzərdən keçirmək istədiyimizi dedim”

“ABŞ Prezidenti Donald Tramp Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edir. Ukrayna isə onları 30-50 il müddətinə istəyir”. AYNA.AZ “Novosti.Live”a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə deyib.

"Həqiqətən də, bu təklif daimi deyil. Bu, 15 illik sənəddir və uzadılma ehtimalı var. Mən bu məsələni prezidentlə görüşdə qaldırdım. Ona münaqişənin təxminən 15 ildir davam etdiyini dedim. Buna görə də zəmanətlərin daha uzun olmasını çox istərdim. Mən ona 30, 40 və ya 50 il müddətinə zəmanətlərin verilməsi ehtimalını nəzərdən keçirmək istədiyimizi dedim. Prezident bu barədə düşünəcəyini söylədi”, - Zelenski vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş