"Bəzi məsələlərin üzərində hələ də işlənməlidir”
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Vaşinqtonun 20 bəndlik sülh planı hazırladığını açıqlayıb.
AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti bu barədə Dublində İrlandiyanın Baş naziri Maykl Martin ilə birgə mətbuat konfransı zamanı deyib.
“Bu gün nümayəndə heyətimiz İrlandiyaya toplaşıb, o, ABŞ Prezidentinin komandası ilə ABŞ-da görüşlərdə olub. İndi Cenevrədə işlənib hazırlanmış 20 bənd var ki, Floridada yekunlaşdırılıb. Mənim fikrimcə, bəzi məsələlərin üzərində hələ də işlənməlidir”, - Zelenski qeyd edib.