Zelenski: “Rusiya və Ukrayna müharibənin sonunun başlanğıcındadır”

Dünya

24.02.2026 - 11:49

“Aydın təhlükəsizlik zəmanətləri olmadan atəşkəs ciddi risklər daşıyır

“Rusiya və Ukrayna müharibənin sonunun başlanğıcındadır. Lakin aydın təhlükəsizlik zəmanətləri olmadan atəşkəs ciddi risklər daşıyır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times” qəzetinə verdiyi müsahibədə deyib. O Kiyevin müvəqqəti atəşkəs deyil, hərbi əməliyyatların daimi bitməsinə ehtiyacı olduğunu bildirib.

Zelenski Ukraynanın "dünən, bu gün və sabah" atəşkəsə ehtiyacı olduğunu, lakin etibarlı razılaşmalar olmadan fasilənin yeni təhdidlər yarada biləcəyini vurğulayıb. O Kiyevin qüvvələrini yenidən qruplaşdırmaq üçün mümkün atəşkəsdən istifadə edə biləcəyi iddialarını rədd edib.

Prezident həmçinin Avropa İttifaqını Ukraynanın üzvlüyü üçün konkret tarix təyin etməyə çağırıb. O hesab edir ki, bu, 2027-ci il olmalıdır. Zelenski üzvlük məsələsinin onilliklər boyu dondurulmasının qarşısını almaq üçün aydın bir qərar axtardığını qeyd edib.

Dövlət başçısı Rusiyanın "oyun oynadığı" və münaqişəyə son qoymaqda ciddi olmadığı fikrini bildirib. O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın Kiyevə sülh üçün güzəştlər etməsi üçün təzyiqi Moskvaya təzyiqdən xeyli güclüdür. Lakin Zelenski Vaşinqtonun mövqeyində dəyişiklik olacağına ümid etdiyini söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş