Həmçinin bir sıra hüquqi şəxslər də sanksiyalara məruz qalıb
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Maliyyə Nazirliyinə qarşı on il müddətinə sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
AYNA xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin ofisinin saytında dərc olunub.
Həmçinin bir sıra hüquqi şəxslər də sanksiyalara məruz qalıb.
Ümumilkdə 14 məhdudlaşdırıcı tədbir həyata keçirilib.