Zelenski: “Rusiya ilə növbəti danışıqlar İsveçrədə keçiriləcək”

Dünya

19.02.2026 - 12:10

“Əlbəttə ki, qrupumuz qayıdacaq və mən daha ətraflı məlumat verəcəyəm”

“Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsi İsveçrədə keçiriləcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Piers Morqana müsahibəsində deyib.

"Növbəti görüşdən bəhs etdiniz. Vurğulamaq istəyirəm ki, növbəti görüş də İsveçrədə olacaq. Bu gün məndə olan məlumat budur. Əlbəttə ki, qrupumuz qayıdacaq və mən daha ətraflı məlumat verəcəyəm", - deyə o bildirib.

Siyasətçi danışıqların dünyanın digər yerlərində deyil, Avropada aparılmasını vacib hesab etdiyini deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş