Zelenski: "Rusiya Donbasdan çıxmağımız üçün iki ay vaxt verib"

Dünya

01.04.2026 - 13:17

Əks halda, Rusiya sülh şərtlərinin fərqli olacağını bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya hərbi əməliyyatlara son qoymaq üçün silahlı qüvvələrini Donbasdan çıxarmaq üçün iki ay vaxt verdiyini açıqlayıb. Əks halda, Rusiya sülh şərtlərinin fərqli olacağını bildirib.

AYNA.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski jurnalistlərə bildirib ki, Amerika vasitəçiləri Rusiyanın mövqeyini Ukraynaya çatdırıblar.

Bu gün Ukrayna Prezidenti ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff, Donald Trampın kürəkəni Cared Kuşner və respublikaçı senator Lindsi Qremlə danışıqlar aparmağı planlaşdırır.

"Biz mövqeyimizi və üçtərəfli razılaşmaya, ən azı üçtərəfli görüşə nə qədər yaxın olduğumuzu müzakirə edəcəyik", - deyə Ukrayna lideri vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş