Zelenski: “Qərb Ukrayna üzərində Rusiya raketlərini vurmaqdan qorxur”

Dünya

05.08.2024 - 13:57

Həkimlər Klinikalar SEO Xidməti

“Tərəfdaşlar lazımsız eskalasiyadan qorxurlar, lakin Kiyev bu mövzunu gündəmə gətirmək niyyətindədir”

“Qərb münaqişənin lüzumsuz gərginləşməsi riskinə görə Ukrayna üzərində Rusiya Silahlı Qüvvələrinin raketlərini vurmaqdan qorxur”. AYNA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərini “Country Politics” “Telegram” kanalı yayıb.

“Zelenski deyir ki, tərəfdaşlar lazımsız eskalasiyadan qorxurlar, lakin Kiyev bu mövzunu gündəmə gətirmək niyyətindədir”, - məlumatda qeyd olunub.

Ukrayna lideri vurğulayıb ki, belə bir qərarın qəbulu üçün Ukraynaya qonşu dövlətlərin koalisiyası lazımdır, çünki bu, bir dövlət üçün çox böyük məsuliyyətdir. Qeyd olunub ki, NATO-nun aparıcı ölkələrinin liderləri və Alyansın baş katibi assosiasiya üzvlərinin münaqişənin iştirakçısına çevrilməmək üçün Rusiya raketlərini vurmayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, avqustun 4-də Zelenski F-16 qırıcılarının Ukrayna ərazisinə gəldiyini təsdiqləyib. O, ABŞ, Danimarka və Hollandiyaya Ukraynanın avadanlığın verilməsi tələbini qəbul etdiyinə görə təşəkkür edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş