Zelenski: “Putinlə görüşmək, danışmaq mənə maraqlı deyil”

Dünya

26.01.2023 - 14:38

Ukrayna lideri: “Rusiyada kimin qərarlar verdiyini həqiqətən başa düşə bilmirəm”

“Onunla görüşmək, danışmaq mənə maraqlı deyil. Rusiyada kimin qərarlar verdiyini həqiqətən başa düşə bilmirəm”. AYNA bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News”a müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar məsələsinə toxunarkən deyib.

Zelenski əlavə edib ki, Rusiyanın Ukraynada işğalçı müharibəsi başlayandan sonra Putin onun üçün heç kim olub.

Müəllif: Ayna.az