Zelenski NATO-nu vədini yerinə yetirməyə çağırıb

Dünya

18.12.2024 - 08:52

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynanın əlavə 12-15 hava hücumundan müdafiə sisteminə ehtiyacı var

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nu vədini yerinə yetirməyə çağırıb. AYNA Ukrayna mətbuatına istinadən xəbər verir ki, Prezident bu barədə Birləşmiş Ekspedisiya Qüvvələrinə üzv ölkələrin sammitində videomüraciət zamanı bildirib.

Zelenski ölkəni NATO-ya dəvət etməyin mümkünsüzlüyünü etiraf etdikdən sonra Ukraynanın tərəfdaşlarını vəd edilmiş hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.

Onun sözlərinə görə, Ukraynanın artıq təmin edilənlərdən əlavə 12-15 hava hücumundan müdafiə sisteminə ehtiyacı var: “Bu, real məqsəddir. Buna nail olmaq üçün yalnız Qərbin siyasi iradəsi lazımdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş