Zelenski müxalifət üzərində üstünlüyünü qoruyur - <font color=red> SORĞU</font>

Dünya

06.01.2021 - 14:10

Ukrayna əhalisinin 26.2 faizinin Prezidenti dəstəklədiyi məlum olub

 

Ukraynada bu yaxınlarda prezident seçkiləri keçirilsə, hazırkı Prezident Vladimir Zelenski seçicilərin 26,2 faizi tərəfindən dəstəklənər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukraynanın "Reytinq" Sosioloji Qrupunun keçirdiyi sorğunun nəticələrində qeyd edilib.

 

Sorğuda iştirak edən respondentlərin 16,6 faizi müxalifətdə olan Həyat Üçün Partiyasının lideri Yuri Boykonu, 13,3 faizi Avropa Həmrəyliyi Partiyasının lideri, sabiq dövlət başçısı Petro Poroşenkonu, 10,5 faizi isə “Batkivşina” Hərəkatının lideri Yuliya Timoşenkonu dəstəkləyəcəklərini açıqlayıblar.

 

Sorğu Donetsk və Luqansk bölgələri istisna olmaqla, 2-4 yanvar tarixlərində bütün Ukrayna ərazisində aparılıb. 18 yaşdan yuxarı 2500 vətəndaş sorğuda iştirak edib.

Müəllif: Ayna.az