Zelenski Kir Starmer ilə görüşüb

Dünya

19.07.2024 - 17:02

Həkimlər Klinikalar SEO Xidməti

Böyük Britaniyanın Baş naziri Ukrayna Prezidenti ilə müzakirə aparıb

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın rəsmiləri ilə danışıqlar aparmaq üçün Britaniya Baş Nazirliyinin ofisi olan “10 Downing Street”ə gəlib.

AYNA xarici mediaya istinadən bildirir ki, Zelenskini Böyük Britaniyanın Baş naziri Kir Starmer qarşılayıb.

Böyük Britaniyaya üçüncü səfərini edən Ukrayna Prezidenti həm də 1997-ci ildə ABŞ Prezidenti Bill Klintondan sonra nazirlər kabinetində çıxış edən ilk xarici lider olacaq.

Starmer Zelenski ilə görüşü çox xüsusi məqam adlandırıb. O, həmçinin bu görüşün Britaniyanın Ukrayna xalqına dəstəyini bir daha ifadə etmək və Kiyevlə birlikdə olmaq əzmini bir daha təsdiqləmək üçün fürsət olduğunu deyib.

Zelenski müharibədə Ukraynaya kömək üçün əldə oluna bilinəcək önəmli qərarları müzakirə etmək istədiyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş