“Hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi və təchiz edilməsi ilə bağlı əvvəlki qərarların icrası hazırda davam edir”
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hava hücumundan müdafiə sistemini təkmilləşdirmək istədiyini bildirib. AYNA xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, ölkənin bu sahənin inkişafı üçün perspektivləri var.
Zelenski əlavə edib ki, hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi və təchiz edilməsi ilə bağlı əvvəlki qərarların icrası hazırda davam edir.
Bundan əlavə, Ukrayna lideri ölkəsinin özünün hava bombalarını hazırladığını açıqlayıb.