Zelenski G7 sammitində iştirak edəcək və kömək istəyəcək

Dünya

24.05.2024 - 11:38

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna lideri Qərbdən uzun mənzilli silahlar istəmək niyyətindədir

Ukrayna Prezidenti Volodimir Zelenski “Böyük yeddilik” (G7) liderlərinin iyun ayında keçiriləcək görüşündə iştirak edəcək. Dövlət başçısı yenidən Qərb ölkələrindən kömək istəmək, xüsusən də ABŞ və Avropa İttifaqından daha uzun mənzilli silahlar istəmək niyyətindədir.

AYNA xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

“Ukrayna Prezidenti G7 liderlərinin iyun görüşündə iştirak edəcək”, - nəşr yazıb.

Agentlik mənbələri bildiriblər ki, Zelenski ABŞ Prezidenti Co Bayden və digər G7 liderləri ilə iyunun 13-də özəl məsələləri müzakirə etmək üçün İtaliyada olacaq.

Qeyd olunur ki, Ukrayna lideri G7 ölkələrini Kiyevə daha uzun mənzilli silahlar ötürməyə razı salmağa çalışır ki, bu da Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisindəki hədəflərə hücum etməyə imkan verəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş